Emin Hüseynov Füzuli şəhərində yenidənqurma işlərinə baxış keçirib

Emin Hüseynov Füzuli şəhərində yenidənqurma işlərinə baxış keçirib
# 26 yanvar 2023 18:23 (UTC +04:00)

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli şəhərində aparılan yenidən qurma işlərinə baxış keçirib.

APA-ya xüsusi nümayəndəlikdən verilən xəbərə görə, Emin Hüseynov öncə Özbəkistan Respublikası tərəfindən tikilən məktəbdə olub.

O, daha sonra Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış kvartalında görülən işlərə baxış keçirib.

Köndələnçay Su Anbarlarında aparılan təmir-bərpa işləri ilə tanış olan xüsusi nümayəndə daha sonra “Azərişıq” ASC tərəfindən tikilən 35/0,4 kV-luq "Füzuli" rəqəmsal yarımstansiya və idarəetmə mərkəzinin tikintisi zamanı görülən işlər barəsində ətraflı məlumatlandırılıb.

Sonda o, Füzuli şəhərində hazırda tikintisi davam edən xüsusi nümayəndəliyin qərargahına səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR