Emin Hüseynov: "Gələn ildən Böyük Qayıdış üçün tələb olunan əsas layihələrə start veriləcək" - VİDEO

Emin Hüseynov: "Gələn ildən Böyük Qayıdış üçün tələb olunan əsas layihələrə start veriləcək" - VİDEO
# 05 oktyabr 2022 13:43 (UTC +04:00)

“Bu gün Azərbaycan dövləti böyük bir meqalayihəni heç bir dəstək olmadan, öz vəsaiti, öz gücü hesabına həyata keçirir”.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, bütün dünya üçün maraqlı bir örnəkdir:

“Dünən Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərində 11 müxtəlif təməlqoyma mərasimləri keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, artıq bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələrimiz yekunlaşmaq üzrədir. Gələn ildən sosial təsisatlar - yəni həm şəhərin mərkəzi, həm də kəndləri ilə bağlı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın baş verməsi üçün, tam mənalı həyatın azad olunmuş ərazilərə qayıtması üçün tələb olunan əsas layihələrə start veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR