Enerji istehlakçıları ilə müqavilələr QR kodla imzalanacaq 

Enerji istehlakçıları ilə müqavilələr QR kodla imzalanacaq 
# 19 iyul 2022 12:56 (UTC +04:00)

“Azərişıq” ASC ilə elektrik enerji istehlakçısı arasında müqavilələr QR kodla imzalanacaq.

Bunu “APA-Economics”ə ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.

Onun sözlərinə görə, müqavilənin təsdiqləməsi SİMA – bulud texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzanın mobil əlavəsi üzərindən aparılacaq.

“Misal olaraq əyər hazırda elektrik şəbəkəsi abonenti ilə müqavilə bağlama zamanı istehlakçının birbaşa mövcudluğu tələb olunursa, xidmət istifadəyə verildikdən sonra buna ehtiyac qalmayacaq. Belə ki, müqavilə biz tərəfdən elektron hökumət portalına göndəriləcək, abonent isə portala daxil olub müqaviləni SİMA əlavəsinin QR kod oxuyucusu ilə təsdiq edə biləcək. Xidmətin növbəti həftədən istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə Qalib Həmidov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR