ASCO bu il dəniz və quruda formalaşmış 42 min tona yaxın çirkab məişət-təsərrüfat suyunu kənarlaşdırıb

ASCO bu il dəniz və quruda formalaşmış 42 min tona yaxın çirkab məişət-təsərrüfat suyunu kənarlaşdırıb
  • Clock-gray 17:54
  • calendar-gray 29 Oktyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən dəniz və quruda formalaşan 41 302,4 ton çirkab məişət-təsərrüfat suyu, 1 491,6 ton neftli döşəməaltı su, 29,9 ton işlənmiş sürtgü yağı, 24,9 ton yağlı və neftli əski kənarlaşdırılıb.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə QSC tərəfindən həmçinin 16 ədəd yararsız akkumulyator, 19,52 ton rezin tullantısı, 77 ədəd yanacaq, 221 ədəd yağ və 146 ədəd hava süzgəci, 13,3 ton işlənmiş boya qabı və boya tullantıları, 97,65 ton taxta tullantı, 56,99 ton şüşə qırığı, 51,04 ton sellüloz (kağız-karton) tullantısı, 62,74 ton tekstil parça qalığı, 71,36 ton polimer əsaslı və plastmas tullantı, 324,848 ton qida qalığı aidiyyəti  üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 5,35 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date