ETX pulsuz mobil internet paketləri ilə bağlı vətəndaşları xəbərdar edib

ETX pulsuz mobil internet paketləri ilə bağlı vətəndaşları xəbərdar edib
# 02 dekabr 2022 18:04 (UTC +04:00)

Vətəndaşlar FİFA Dünya Kuboku 2022 üzrə oyunları fasiləsiz izləmək məqsədilə pulsuz 50 GB mobil internet paketi qazanmağı vəd edən saxta kampaniya barədə mesajlara etimad etməməlidir.

"APA-Economics" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

"İstifadəçilərdən ilk olaraq mobil nömrə daxil etmələri, daha sonra isə kampaniya barədə məlumatı Whatsapp vasitəsilə 12 istifadəçi və ya qrupla paylaşmaları tələb olunur. Vətəndaşlara belə uduş vəd edən kampaniyalara inanmamağı, keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edirik"- ETX Xidmətinin açıqlamasında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR