Fətəli xan Xoyski prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Fətəli xan Xoyski prospektində hərəkət qismən məhdudlaşdırılacaq
# 07 sentyabr 2022 15:50 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan hissəsində təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 12 sentyabr saat 20:00–dək qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR