"Finnair" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib

"Finnair" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib
# 27 sentyabr 2022 09:36 (UTC +04:00)

"Finnair" aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR