Füzuli rayonunun mərkəzində qaz təminatı müvəqqəti dayandırılıb

Füzuli rayonunun mərkəzində qaz təminatı müvəqqəti dayandırılıb
# 20 avqust 2019 10:05 (UTC +04:00)

Füzuli rayonunun Horadiz şəhərində qazıntı işləri aparan traktorla diametri 50 mm olan qaz xəttini zədələyiblər.

Bu barədə APA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, hazırda 400 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR