Füzulidə vətəndaşlar qazla bağlı problemlərini açıqlayıb

Füzulidə vətəndaşlar qazla bağlı problemlərini açıqlayıb
# 08 avqust 2022 17:56 (UTC +04:00)

Vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərinin yerindəcə dinlənilməsinə xidmət edən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin "Səyyar qəbul otağı" Füzuli sakinlərinin ixtiyarında olub.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, keçirilən görüşdə İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərini dinləyiblər.

Məlumata görə, daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, işə qəbul, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin qazlaşdırılması, mənzilə əlavə 2-ci qaz sayğacının quraşdırılması ilə bağlı olub. Daxil olan müraciətlər araşdırılaraq Birlik tərəfindən müvafiq işlərin görülməsi məqsədi ilə qeydlər aparılıb, vətəndaşlara lazımi izahatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR