Füzulidə Zəfər və  İşğal muzeylərinin layihəsini İtaliya şirkəti hazırlayacaq

İtaliyanın "C Group" şirkətinin əməkdaşları, Füzuliyə səfər

© APA | İtaliyanın "C Group" şirkətinin əməkdaşları, Füzuliyə səfər

# 19 dekabr 2021 16:38 (UTC +04:00)

İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə olublar.
APA-nın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR