Füzulidəki Uşaq Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib - FOTO

Füzulidəki Uşaq Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib - FOTO
# 04 noyabr 2022 20:12 (UTC +04:00)

4 noyabr 2022-ci il tarixində Bakıda Füzuli şəhərində Kurmanqazı adında Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi ilə bağlı Yol Xəritəsinin imzalanması mərasimi keçirilib.
APA xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tədbirdə Qazaxıstan Səfiri Serjan Abdıkarimov, Azərbaycan Respublikasının Prezidentinin Qarabağ üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynov, layihənin rəhbəri – “BI-Industrial” şirkətinin filialının direktoru Daulet Janabilov və Azərbaycanın dövlət orqanlarını təmsil edən digər rəsmi şəxslər iştirak ediblər.

Baş tutan danışıqlar zamanı tərəflər bu cür önəmli humanitar layihənin vaxtında və koordinasiyalı şəkildə həyata keçirilməsi məqsədilə təşkilatı və texniki məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR