"Gələcəyə baxış: Smart Azərbaycan" konsepsiyası yaradılıb

"Gələcəyə baxış: Smart Azərbaycan" konsepsiyası yaradılıb
# 21 noyabr 2022 11:30 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Gələcəyə baxış: Smart Azərbaycan" konsepsiyasını ərsəyə gətirib.

"APA-Economics" xəbər verir ki, bunu “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişafı və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Smart Azərbaycan deyəndə ilk növbədə inteqrasiya olunmuş fiziki, komunal və İKT infrastrukturudur. Hesab edirik ki, bu infrastrukturlar bir-birindən ayrı şəkildə və bir-birinə inteqrasiya olunmamuş şəkildə fəaliyyət göstərə bilməz. Əgər onlar inteqrasiya olunacaqsa bizim somda əldə edəcəyimiz ən böyük dəyər böyük həcmli məlumatlardan istifadə imkanlılığıdır", deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR