Gələn il özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2023-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.