Gələn il üzrə qazlaşma proqramı SOCAR-a təqdim olunub

Gələn il üzrə qazlaşma proqramı SOCAR-a təqdim olunub
# 05 avqust 2022 12:16 (UTC +04:00)

Bu ilin qazlaşma proqramına uyğun olaraq 25 meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulub.

"APA-Economics"in xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.
Onun sözlərinə görə, İstehsalat Birliyi tərəfindən 2023-cü ilin proqramı üzrə də təkliflər hazırlanaraq SOCAR-a təqdim olunub ki, bu proqram üzrə də meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulur.

“Ölkə üzrə 900-dən çox qazlaşdırılmayan məntəqələr var ki, onlardan 426-sı meşəətrafı kəndlərdir. 426 kənddən 260-ı səmərəsiz kimi qiymətləndirilir və onların qazlaşdırılmasına sonda baxılacaq. Bu kəndlərdə 7-8 abonent var. Elə kəndlər var ki, ora 40 kilometr daşıyıcı xətlər çəkilməlidir. Hazırda belə kəndlərin digər alternativ enerji ilə təmin olunması müzakirə olunur”, - deyə İlham Mehbalıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR