Gələn ilin sonunadək "Azercell"in 5G şəbəkəsi Bakının bütün ərazisini əhatə edəcək

Gələn ilin sonunadək "Azercell"in 5G şəbəkəsi Bakının bütün ərazisini əhatə edəcək
# 12 noyabr 2019 13:11 (UTC +04:00)

“Azercell Telekom” şirkəti gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, bundan sonra şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və bazar hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək.

Qeyd edək ki, hazırda şirkət tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Şirkət prezidentinin sözlərinə görə, yaxın günlərdə qeyd olunan məkanda daha bir neçə 5G baza stansiyaları quraşdırılacaq.

"Yaradılan 5G pilot şəbəkədə xidmətlər təxminən 7-8 baza stansiya üzərindən göstəriləcək", - deyə V. Mürsəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR