Gəncə, Göygöl və Samuxun bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb

Gəncə, Göygöl və Samuxun bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb
# 06 sentyabr 2019 10:45 (UTC +04:00)

Bu gün saat 09:00-dan 18:00-dək aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr yaranacaq. Bu zaman "Qaz İxrac" İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR