Gəncədə müharibə vaxtı dağılan evlərin bərpasına əlavə 2 mln. manat ayrılıb

Gəncədə müharibə vaxtı dağılan evlərin bərpasına əlavə 2 mln. manat ayrılıb
# 08 iyun 2022 13:51 (UTC +04:00)

İkinci Qarabağ müharibəsində Gəncədə dağılan evlərin bərpası və yenidən inşasına növbəti dəfə vəsait ayırılıb.

APA-Economics” dövlət elektron satınalmalar elektron portalına istinadən xəbər verir ki, Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tenderin nəticəsini açıqlayıb.

Qurum tenderin qalibi olaraq “İNŞAAT SERVİS-2” MMC-ni seçib və şirkətlə 2 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət sentyabr ayının 1-nə kimi təmir-bərpa və yenidənqurma işlərini yekunlaşdırmalıdır.

Bununla da, Gəncədə dağılan evlərin bərpası və yenidən inşasına ayrılan vəsaitin həcmi (digər rayonlarla birgə təmir tenderləri xaric) 5 tender üzrə 11,7 milyon manata çatıb. Bağlanan müqavilələrə əsasən, təmir və yenidənqurma işlərinin 2022-ci ilin sonuna kimi bitəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR