Geosiyasi proseslərə görə Azərbaycandan tranzit yük daşımaları 75% artıb

Geosiyasi proseslərə görə Azərbaycandan tranzit yük daşımaları 75% artıb
# 25 noyabr 2022 16:58 (UTC +04:00)

Hazırki geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü qısa zamanda ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçı və ekspertlərinin iştirakı ilə keçirilən “Along the Middle Corridor: Geopolitics, Security, and Economy” mövzusunda konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Bu ilin on ayı ərzində Azərbaycandan tranzit daşınan yüklərin həcmi 8,7 milyon ton olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75% çoxdur" - deyə, nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR