Gürcüstan və Rumıniya XİN başçıları Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə arasındakı tranzit bəyannaməsini müzakirə ediblər

Gürcüstan və Rumıniya XİN başçıları Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə arasındakı tranzit bəyannaməsini müzakirə ediblər
  • Clock-gray 10:04
  • calendar-gray 27 Sentyabr 2019

Gürcüstan xarici işlər naziri David Zalkaliani ilə Rumıniya xarici işlər naziri Romana Manesku arasında görüş olub. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə dördlüyünün daşımalar və tranzit sahəsində qəbul etdiyi bəyannamə müsbət qiymətləndirilib və sənədin tətbiqi müzakirə edilib. 

XİN başçıları ölkələr arasında yük trafikinin artırılması məsələsini də müzakirə ediblər. 
Görüşdə D. Zalkaliani rumıniyalı həmkarına Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin Avro-Atlanik inteqrasiyasına dəstək verdiyi üçün təşəkkür edib. 

Qeyd edək ki, bu il Rumıniya və Gürcüstan ölkələr arasında dostluğun 300-cü ildönümünü qeyd edir. 


 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date