Gürcüstanda qazlaşdırma genişləndirilir

Gürcüstanda qazlaşdırma genişləndirilir
  • Clock-gray 12:04
  • calendar-gray 17 Oktyabr 2019

2020-2021-ci illərdə Gürcüstanda əlavə 100 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək  ki, nəticədə 20 min ailə təbii qazdan istifadə edə biləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında  bildirib.

"Nazirliyin yenilənmiş üçillik qazlaşdırma planına əsasən, əlavə 100 yaşayış məntəqəsinə qaz xətləri çəkiləcək. 2020-ci və 2021-ci illərdə həyata keçiriləcək bu layihələr çərçivəsində Gürcüstanda əlavə 20 min abonent və ya 20 min ailə təbii qazla təmin ediləcək", - deyə N. Trunava bildirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date