Gürcüstanın Poti limanında yeni infrastruktur yaradılacaq

Gürcüstanın Poti limanında yeni infrastruktur yaradılacaq
# 01 oktyabr 2019 11:34 (UTC +04:00)

ABŞ-ın Xarici Xüsusi İnvestisiya Korporasiyasının (OPIC) maliyyələşdirilməsi ilə Gürcüstanın Poti limanında yeni liman infrastrukturunun tikintisinə başlanılacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, 50 milyon ABŞ dolları məbləğində olan layihənin simvolik təməlqoyma mərasimi bu gün keçiriləcək.

Simvolik kapsulun atılması mərasimində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, OPIC-in icraçı direktoru Kennet Angel, Poti terminalının direktoru David Nadiraşvili və "PRIM CONCRETE" şirkətinin təsisçisi Aleksander Sokolovski iştirak edəcək.

Layihənin Poti limanının yük dövriyyəsini 5 mln. tona qədər artıracağı bildirilir. Yeni liman infrastrukturunun 25 hektar ərazini əhatə edəcək. Layihənin ümumi dəyəri 120 mln. dolları olaraq müəyyənləşib. Birinci mərhələnin icrası üçün 93 milyon ABŞ dolları tələb olunur ki, bunun da 50 milyon ABŞ dolları OPİC tərəfindən ayrılıb.

Qeyd edək ki, Poti terminalı üçün maliyyələşdirmə müqaviləsi 2019-cu ilin may ayında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR