Hava şəraiti ilə əlaqədar Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkətində ləngimələr var

Hava şəraiti ilə əlaqədar Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkətində ləngimələr var
# 09 avqust 2019 10:30 (UTC +04:00)

Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova "APA-Economics"ə bildirib ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR