Hava şəraitinə görə gecikən Bakı-Naxçıvan reysinin iki təyyarəsi yola düşüb - YENİLƏNİB

Hava şəraitinə görə gecikən Bakı-Naxçıvan reysinin iki təyyarəsi yola düşüb - YENİLƏNİB
# 30 noyabr 2021 17:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana gecikən iki reys yola salınıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçirilib.

"Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, hər iki reys yola düşüb", - AZAL-dan bildirilib.

***

13:17

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar", - AZAL-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR