Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrda ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrda ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb
  • Clock-gray 14:43
  • calendar-gray 06 Noyabr 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Aeroportun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, oktyabrda Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkətləri göstərib.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” и “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.

“Lufthansa” (89,6%), “flyNas” (88,9%), “Kuwait Airways” (87,5%) , “Türk Hava Yolları” (86,5%) və “Belavia” (86,4%) həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Obyektivliyin artırılması məqsədilə reytinqə hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways”, habelə ay ərzində 5-dən az uçuş həyata keçirmiş aviaşirkətlər daxil edilməyib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

APA-Economics

Digər xəbərlər

Arxiv

date