Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO
# 03 iyun 2023 14:07 (UTC +04:00)

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

"APA-Economics" xəbər verir ki, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib.

Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Dünən, iyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR