İİTKM və Azərbaycan Beynəlxalq Bankı arasında anlaşma memorandumu imzalanıb

İİTKM və Azərbaycan Beynəlxalq Bankı arasında anlaşma memorandumu imzalanıb
# 25 sentyabr 2019 11:35 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Beynəlxalq Bankı arasında anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası və s. məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR