İstanbulda İƏT-in yüksək səviyyəli ictimai və özəl sərmayələr konfransı keçiriləcək

İstanbulda İƏT-in yüksək səviyyəli ictimai və özəl sərmayələr konfransı keçiriləcək
# 20 noyabr 2019 13:14 (UTC +04:00)

Bu ilin 8-9 dekabr tarixlərində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli ictimai və özəl sərmayələr konfransı keçiriləcək.

APA-Economics”in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, konfransın əsas məqsədlərindən biri maraqlı tərəfləri cəlb etmək, investisiya və islahatlar barədə müvafiq qərarlar qəbul etməklə bölgədəki bizneslə əlaqəli investisiya imkanları və təsirləri daha yaxşı qiymətləndirməkdir.

Konfrans ictimai və özəl dialoqa imkan verəcək siyasi tövsiyələri müzakirə etmək üçün özəl və dövlət siyasətçiləri arasında əsas platforma rolunu oynayacaq.

Tədbir çərçivəsində özəl sektorda qərar qəbul edən şəxslərin və investorların öz aralarında (B2B) eləcədə hökumət qurumları ilə görüşləri (B2G) təşkil olunacaq. Bundan başqa konfrans çərçivəsində dövlət və hökumət liderlərinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR