Bu ilin may ayında dünyada hava nəqliyyatı ilə yükdaşımaların həcmi böhran qabağı 2019-cu ilin aprel ayı ilə müqayisədə 9,4% artıb.
"APA-Economics" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumata istinadən xəbər verir ki, apreldə qlobal hava yükdaşımaları 2019-cu ilin aprel ayı ilə müqayisədə 11,3% artıb. 2019-cu ilin may ayına nisbətən isə bu ilin mayında 10,4% artım qeydə alınıb.
Assosiasiyanın məlumatlarına görə, 2019-cu ilin may ayı ilə müqayisədə bu ilin may ayında hava yükdaşımalarda ən güclü artım Afrika (23,1%), Şimali Amerika (21,6%) və Yaxın Şərqdə (13,9%) qeydə alınıb.
Avropada 6%, Asiya-Sakit okean bölgəsində isə 2,7% artım müşahidə olunub. Eyni zamanda, Latın Amerikasında yükdaşımalar 14,3% azalıb.