ICAO-nun 75 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

ICAO-nun 75 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO
# 24 sentyabr 2019 17:53 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb. Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world” (“75 ildir dünyanı birləşdirir”) mətni yerləşdirilib. Markanın üzərində ICAO-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Həmçinin xüsusi xatirə möhürü və 700 ədəd Birinci gün zərfləri də hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR