"III Robot Olimpiadası"nın qalibləri Azərbaycanı "Dünya Robot Olimpiadası"nda təmsil edib - FOTO

"III Robot Olimpiadası"nın qalibləri Azərbaycanı "Dünya Robot Olimpiadası"nda təmsil edib - FOTO
  • Clock-gray 11:05
  • calendar-gray 14 Noyabr 2019

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda Azərbaycanı təmsil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 73 ölkədən 450 komandanın iştirak etdiyi turnirə Bakı Modern Təhsil Kompleksi 13-15 yaş üzrə Azərbaycan “Regular Junior” kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə “Regular Senior” kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə “Open Senior” kateqoriyasından ibarət 3 komanda ilə qoşulub.

Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. Yeniyetmə və gəncləri əhatə edən və dünyanın ən böyük robototexnika yarışması olan “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu olimpiadada 12 ölkə iştirak edib, hazırda bu say 70-i keçib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date