İlkin mərhələdə Ağdama nə qədər əhalinin köçürüləcəyi bəlli olub

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 05 oktyabr 2022 13:34 (UTC +04:00)

“İlkin mərhələdə Ağdama nə qədər sakinin qaytarılmasını proqnozlaşdırmaq çox çətindir”.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda ümumi, maksimal potensial proqnozlardan çıxış edirlər: “Yaşayış sahəsini də buna uyğun olaraq planlaşdırırıq. Paralel olaraq da iş yerlərinin yaradılması ilə bağlı da proseslər gedir. Bərpa prosesində yaradılacaq yeni iş yerləri potensial iş yerləridir. Bundan başqa, həm kənd təsərrüfatında, həm yüngül qida sənayesində müəyyən iş yerləri yaradılacaq. Bunlar planda var. Şəhərin mərkəzində dövlət tərəfindən iki məhəllə inşa olunur, özəl investorlar tərəfindən də yaşayış kompleksləri tikilir. Toplam olaraq, biz 10 min nəfər civarında əhalinin ilk mərhələdə Ağdama köçürülməsini planlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR