İlkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 4,2% artıb

İlkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 4,2% artıb
# 24 may 2022 16:35 (UTC +04:00)

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14 197 olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib.

Belə ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5050 təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR