Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olunub.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə Günel Əhmədova təyin olunub.
G. Əhmədova Azərbaycan və Böyük Britaniyada İKT, neft-qaz, maliyyə və konsaltinq, ümumdünya ticarəti, enerji sektorları üzrə fəaliyyət göstərən media, strateji kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ əlaqələr, böhran kommunikasiyası, media əlaqələri və araşdırma sahələri üzrə iş təcrübəsinə malikdir.