İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə təyinat olub

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə təyinat olub
# 01 fevral 2023 16:40 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olunub.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu vəzifəyə Günel Əhmədova təyin olunub.

G. Əhmədova Azərbaycan və Böyük Britaniyada İKT, neft-qaz, maliyyə və konsaltinq, ümumdünya ticarəti, enerji sektorları üzrə fəaliyyət göstərən media, strateji kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ əlaqələr, böhran kommunikasiyası, media əlaqələri və araşdırma sahələri üzrə iş təcrübəsinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR