"Instagram"ın fəaliyyətində problem yaranıb

"Instagram"ın fəaliyyətində problem yaranıb
# 04 avqust 2019 10:04 (UTC +04:00)

Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

APA-nın "Downdetector"a istinadən verdiyi məlumata görə, ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Serbiya və Rusiyada "Instagram" istifadəçiləri problemlərlə üzləşiblər.

İstifadəçilərin 41 faizi xəbər lentinə baxmaqda, 32 faizi postların yerləşdirilməsində çətinliklə üzləşdiyini bildirir, 23 faizi isə digər problemlərdən şikayətlənirlər.

"Instagram" "Facebook" şirkətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR