İran Ermənistanla tranzit yüklər üzrə tariflərin aşağı salınması üçün danışıqlar aparır

İran Ermənistanla tranzit yüklər üzrə tariflərin aşağı salınması üçün danışıqlar aparır
# 06 iyul 2022 17:32 (UTC +04:00)

İran Ermənistan və Türkmənistanla tranzit yüklər üçün tariflərin aşağı salınması ilə bağlı danışıqlar aparır.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi deyib.

O bildirib ki, Türkmənistanın İran yük maşınları üçün hazırkı tarifləri məntiqli deyil: “Tranzitin həcminin artırılması və tariflərin azaldılması məqsədilə Türkmənistan və Ermənistanla məsləhətləşmələr aparırıq. Görünən odur ki, İran yük maşınları üçün mövcud tariflər çox da məntiqli deyil”.

Nazir qeyd edib ki, İran bu il üçün ümumi olaraq 20 milyon ton yük tranziti nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR