İran Prezidenti Şimal-Cənub dəhlizi çərçivəsində yeni göstəriş verib

İran Prezidenti Şimal-Cənub dəhlizi çərçivəsində yeni göstəriş verib
# 20 iyul 2022 15:45 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu layihəsinin təkmilləşdirilməsi üçün yeni göstəriş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İran Nazirlər Kabinetinin iclasında prezident İbrahim Rəisi öz birinci müavininə göstəriş verib ki, Yol və Şəhərsalma Nazirliyi ilə həmkarlıq edərək Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsinə dəqiq vaxt müəyyənləşdirsin və bu dəhlizin təkmilləşməsini sürətləndirsin.

Rəisi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin istəyi əsasında Rəşt- Astara dəmir yolunun təkmilləşməsi sürətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR