İran Rusiya ilə ticarət əlaqələrini genişləndirir

İran Rusiya ilə ticarət əlaqələrini genişləndirir
# 05 dekabr 2022 10:49 (UTC +04:00)

İranın yeni ixrac istiqamətlərinə üç Rusiya limanı əlavə edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam Respublikasının gəmiçilik şirkəti məlumat verib.

Məlumatda qeyd olunub ki, bu addım Rusiya ilə xarici ticarətin inkişafı və Xəzər dənizi ilə həmsərhəd ölkələrə ixrac istiqamətlərinin şaxələndirilməsi istiqamətində atılıb.

Qeyd olunub ki, Mahaçqala, Olya və VTS limanları İranın Rusiya ilə ixrac istiqaməti üçün təyin olunub.

Emil İsmayılov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR