İran Şimal-Cənub Dəhlizi ilə Rusiya ərazisindən 10 milyon ton yük daşıyacaq

İran Şimal-Cənub Dəhlizi ilə Rusiya ərazisindən 10 milyon ton yük daşıyacaq
# 06 iyul 2022 14:51 (UTC +04:00)

İran və Rusiya Şimal-Cənub Dəhlizi marşrutu ilə 10 milyon ton yükün Rusiya ərazisi ilə tranziti barədə razılığa gəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.

O bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında ticarət mübadiləsi 250 milyard avrodan çox olub və Rusiyada baş verən son durum bu mübadilələri azaldıb. Bunu nəzərə alaraq, İran tranzit sahəsində Rusiya üçün çox yaxşı marşrut ola bilər.

O əlavə olaraq qeyd edib ki, hazırda iki ölkə arasında təxminən 4,5 milyard dollarlıq ticarət dövriyyəsi var.

Rəşt-Astara dəmir yolunun tamamlanmasına dair Rusiya ilə razılaşmalara toxunan Şəhriyar Əfəndizadə bildirib ki, eyni müqavilədə Rəşt-Astara dəmir yolu layihəsinin tamamlanması və 160 km-lik hissəsinin istismara verilməsi üçün iki tərəf arasında razılıq əldə olunub: "Bu yol istismara verildikdən sonra biz Bəndər-Abbasdan birbaşa Azərbaycanın Astarasına dəmir yoluna, oradan da Rusiyaya yükləri daşıma imkanımız olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR