İşğala qədər Xankəndidə azərbaycanlıların yaşadığı evlər “Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib

İşğala qədər Xankəndidə azərbaycanlıların yaşadığı evlər “Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib
# 17 mart 2023 11:03 (UTC +04:00)

Azad olunmuş ərazilərə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olan və topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olmuş 163,9 min ədəd daşınmaz əmlakdan (bina, tikili və qurğu) 144,4 min ədədi təsbit edilərək “Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib. Bunlardan Zəngilan rayonu 22 inzibati ərazi dairəsi (İƏD) üzrə 8954, Qubadlı rayonu 31 İƏD üzrə 9754, Xocavənd rayonu 10 İƏD üzrə 12040, Tərtər rayonu 8 İƏD üzrə 7603, Füzuli rayonu 21 İƏD üzrə 19842, Kəlbəcər rayonu 46 İƏD üzrə 16654, Cəbrayıl rayonu 23 İƏD üzrə 14037, Laçın rayonu 49 İƏD üzrə 14957, Ağdam rayonu 26 İƏD üzrə 24738, Şuşa rayonu 12 İƏD üzrə (Şuşa şəhəri istisna olmaqla) 4229, Xocalı rayonu 4 İƏD üzrə 7511, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində azərbaycanlı ailələrinin yaşadığı çoxmənzilli bina və fərdi yaşayış evləri üzrə 4091 ədəd daşınmaz əmlak təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR