İsrail səfiri: Azərbaycanın özəl şirkətlərinin kosmik sənayedə iştirakına ümid edirik

İsrail səfiri: Azərbaycanın özəl şirkətlərinin kosmik sənayedə iştirakına ümid edirik
# 06 dekabr 2022 14:04 (UTC +04:00)

Ümid edirik ki, Azərbaycanın özəl şirkətləri də kosmik sənayedə iştirak edəcək.

Bunu “APA-Economics”ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir həmçinin qeyd edib ki, İsrail kosmik texnologiyalar sahəsində geniş təcrübəyə malikdir və bu sahədə Azərbaycanla əməkdaşlığa hazırdır: “Bizim dünyada peyk xidmətləri göstərən bir neçə şirkətimiz var. Onlar həm mülki sahədə telekommunikasiya, peyk yayımı, foto və xəritələmə xidmətləri, həm də təhlükəsizlik sahəsində xidmətlər göstərirlər. Bu baxımdan Azərbaycanın kosmik sahədə imkanlarının artırılması istiqamətində birgə çalışa bilərik”.

Corc Dik İsrailin İAİ və Rafael kimi şirkətlərinin Azərbaycanda özəl sektorla əməkdaşlıq edə biləcəyini əlavə edib: ”Biz həm, G2G, (hökumətlərarası), həm də B2G (bizneslə hökumət arasında) sahəsində əməkdaşlığın tərəfdarıyıq. Ümid edirik ki, Azərbaycanda özəl şirkətlərin də kosmik sənayedə iştirakını görəcəyik. Amma, bu, bir qədər zaman tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR