IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış olub - VİDEO

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanında

© APA | IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanında

# 19 iyun 2022 11:00 (UTC +04:00)

IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya yola düşüblər.

APA-nın xəbərinə görə, Forum iştirakçıları öncə Füzuli Beynəlxalq Hava Limanında olublar.

Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. 16 oktyabr 2021-ci ildə Baş Nazirin sərəncamı ilə hava limanına beynəlxalq status verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR