İyulun 25-də Sankt-Peterburq–Bakı aviareysi açılacaq

İyulun 25-də Sankt-Peterburq–Bakı aviareysi açılacaq
# 11 iyul 2019 10:14 (UTC +04:00)

Rusiyanın "Nordavia – regional hava yolları" aviaşirkəti iyulun 25-dən etibarən Sankt-Peterburq–Bakı aviareysi üzrə birbaşa uçuşlar həyata keçirəcək.

"APA-Economics"in sözügedən aviaşirkətə istinadən verdiyi məlumata görə, uçuşlar həftədə iki dəfə – IV və VI günləri "Boeing 737-700" təyyarəsi ilə yerinə yetiriləcək.

"Sankt-Peterbur–Bakı aviareysinə biletlər artıq satışdadır. Bir istiqamətə biletin minimal qiyməti 8 830 rubl (təxminən 250 manat) təşkil edir", - deyə aviaşirkətin məlumatında bildirilir.

Qeyd edək ki, hazırda "Azərbaycan Hava Yolları" QSC (AZAL) həftənin III, V və VII günləri Bakı–Sankt-Peterburq aviareysi üzrə birbaşa uçuşlar yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR