Kaspersky Azərbaycan: İş günləri kibercinayətkarlar üçün ən aktiv vaxtdır

Kaspersky Azərbaycan: İş günləri kibercinayətkarlar üçün ən aktiv vaxtdır
# 02 iyun 2022 12:17 (UTC +04:00)

"Kibercinayətkarların əsas fəaliyyəti adətən uzun qeyri-iş günləri zamanı deyil, onlardan bir neçə gün və ya həftə əvvələ düşür".

"APA-Economics" xəbər verir ki, məhz bu zaman bir çox insanlar tətil planları qurur, onlayn bilet və kupon alır, istirahət üçün lazım olan əşyaları əldə edir, hədiyyələr sifariş edirlər və s. Eyni zamanda, bir çox şirkət tanıtım və kampaniya mesajları göndərir.

Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib ki, ümumiyyətlə, iş günləri kibercinayətkarlar üçün ən aktiv vaxtdır. Təcavüzkarlardan gələn zənglərin və ya SMS-lərin əsas axını bazar ertəsindən cümə axşamına kimi iş saatları ərzində baş verir: "Ümumilikdə, əsas təhlükəsizlik qaydalarına riayət etmək kifayətdir. Naməlum göndəricidən, məşhur brenddən, universitetdən və ya hətta dostunuzdan məktub alsanız belə onun gəldiyi ünvanı təkrarən yoxlamağı unutmayın. Əgər sizə tanınmış bir brendin adı altında aksiyaya keçid linki göndərilibsə, internetdə və ya şirkətin əsas saytında belə bir aksiyanın həqiqətən keçirilib-keçirilmədiyini yoxlaya bilərsiniz. Elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin. Alış-veriş edərkən, kart məlumatlarınızı sayta ikiqat ehtiyatla daxil edin. Baxmayaraq ki, onlayn alış-veriş üçün ayrıca bir kart əldə etmək və onun balansında kiçik məbləğlər saxlamaq daha yaxşıdır. Bu, təkcə bayram günlərində deyil, ümumiyyətlə onlayn alış-veriş üçün yaxşı bir həll olar. Problemlərin bir hissəsini fişinq saytına və ya zərərli reklam bannerlərinə daxil olmaq cəhdini bloklayan təhlükəsizlik həlli quraşdırmaqla aradan qaldırmaq olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR