Kibertəhlükəsizlik sahəsində iki vacib hüquqi akt qəbul ediləcək

İlqar Musayev

© APA | İlqar Musayev

# 03 oktyabr 2022 10:45 (UTC +04:00)

Son illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb.

APA xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkənin kibertəhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyimizin prioritet istiqamətlərindəndir: “Son 5 ildə bu sahədə iti addımlarla irəliləyirik. Dövlət orqanları bu sahədə özəl sektorla birgə çalışmağa önəm verir. Bu il bu sahə üzrə universitetlərdə ilk tələbələrin buraxılışı olub və bildiyim qədəri ilə bu ildən kompüter elmləri sahəsinə ən yüksək balla qəbullar olub”.

İlqar Musayev qeyd edib ki, yaxın zamanlarda iki vacib normativ hüquqi aktın qəbulu gözlənilir: “Birincisi, Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. Provayderlərdən lisenziya, əlavə ödəniş tələbi yığışdırılır və bu sahədə fəaliyyət sadələşdiriləcək. Xüsusi təhlükəsizlik tələbi müəyyənləşdiriləcək. İkincisi, Azərbaycan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir. Burada kadrların hazırlanması və yaxın illərdə hansı işlərin görüləcəyi öz əksini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR