Kosmik obyektin istismardan çıxarılması qaydası məlum olub

Kosmik obyektin istismardan çıxarılması qaydası məlum olub
# 11 may 2023 11:10 (UTC +04:00)

Kosmik fəzada olan kosmik obyekt bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və hallarda, həmçinin istismara yararlılığı başa çatdıqda, idarə edilməsi itirildikdə, təbiət hadisəsinin təsiri və ya qəzaya uğraması nəticəsində məhv olduqda istismardan çıxarılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi Müqavilə ilə nəzərdə tutulmuş qaydada BMT-ni məlumatlandırmaq üçün kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR