Ələt -Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmaları bərpa edilib

Ələt -Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmaları bərpa edilib
# 12 iyun 2020 11:25 (UTC +04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) iyun ayından Ələt-Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmalarını bərpa edib.

Gəmiçilikdən "APA-Economics"ə verilən məlumata görə, ASCO bu istiqamətlərdə daşınmaların səmərəli və sürətli yerinə yetirilməsi üçün öz Nəqliyyat Donanmasına aid quru yük gəmilərini müştərilərin sərəncamına verib.

Daşınmalar aşağıdakı tariflərə uyğun aparılacaq: 20 FT (fut) = 300 ABŞ dolları, 40 FT= 550 ABŞ dolları.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR