Mahaçqala-Bakı aviareysi ləğv olunub

Mahaçqala-Bakı aviareysi ləğv olunub
# 06 iyun 2022 15:49 (UTC +04:00)

Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazəni geri çağırması ilə əlaqədardır.
“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.

İcazənin ləğvinin səbəblərini açıqlamayıblar.

Aviareyslərin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə təsdiqlənib.

Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR