Media nümayəndələri üçün keçirilən 2 aylıq “boot camp” layihəsi başa çatıb - FOTO

Media nümayəndələri üçün keçirilən 2 aylıq “boot camp” layihəsi başa çatıb - FOTO
# 27 fevral 2023 18:59 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının birgə təşkilatçılığı jurnalistlərin üçün təşkil edilən 2 aylıq "boot camp"ın bağlanış mərasimi keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edənlər bildiriblər ki, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, eləcə də elm və təhsil müəssisələrində müasir texnologiyaların öyrənilməsi və tətbiqi üçün kifayət qədər iş görülür. Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahə üzrə innovasiyayönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması misal olaraq göstərmək olar.

Görülən tədbirlərin davamı olaraq media nümayəndələri üçün təşkil edilən 2 aylıq “boot camp” layihəsinin də əsas məqsədi bu sahə ilə məşğul olan jurnalistlərin bilik və bacarıqlarının daha da artırılmasına nail olmaqdır. Belə ki, 2 ay ərzində jurnalistlərə dövlət və özəl qurumların o cümlədən xarici mütəxəssislər tərəfindən əyani dərslər keçirilib, maarifləndirici məqalələr hazırlanıb. İlk dəfə olaraq İKT sahəsində təşkil olunan bu layihənin regionlarda da keçirilməsi nəzərdə tutulub.

Tədbirin sonunda layihəni uğurla başa vurmuş media nümayəndələrinə sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR