Meliorasiya və Su Təsərrüfatı ASC: Kürdə suyun həcmi 27 faiz azalıb

Meliorasiya və Su Təsərrüfatı ASC: Kürdə suyun həcmi 27 faiz azalıb
# 10 mart 2023 14:44 (UTC +04:00)

Kürdə gələn suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.

APA xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, bunlar iri çaylarımızdır, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb: "Buna baxmayaraq, Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR